Website Audit və Performans

Website Audit: 50 maddəlik sadə yoxlama siyahısı

Website Audit və Performans
09 fevral 2026
199 baxış
Website Audit: 50 maddəlik sadə yoxlama siyahısı

Saytın niyə zəif işlədiyini tapmaq üçün ən sadə yol: bu siyahını bir-bir yoxla.

Bu yazını elə yazıram ki, “saytım işləmir” deyən adam da başa düşsün. Məqsəd: 1 saatın içində saytın harası problem yaradır — bunu tapmaq. 1) Sürət (Speed) - Sayt açılan kimi 2-3 saniyədən çox gözlədirsə, problem var. - Telefonla yoxla. Çünki müştərinin yarısı telefondadır. - Şəkillər böyükdürsə (5-10MB), sayt avtomatik yavaşıyır. Şəkli kiçilt, WebP/AVIF elə. - Lazımsız animasiya və “ağır” slider-lər çoxdursa, yavaşladır. 2) Texniki SEO - Sitemap var? Google-a yol göstərir. - Robots.txt var? Google-u səhvən bloklamısan? - Canonical düzgün deyil? Eyni səhifə 2 dənə kimi görünür, Google çaşır. - Dil seçimi varsa, hreflang düzgün olmalıdır (AZ/EN/RU). 3) Kontent (mətn) - Başlıq aydındır? 5 saniyədə nə iş gördüyün anlaşılır? - “Biz keyfiyyətliyik” kimi boş söz yox. Nə edirsən? Kimə edirsən? Nə nəticə verirsən? - Hər xidmətin ayrıca səhifəsi olsun (SEO üçün yaxşıdır). 4) Konversiya (satış gətirmə) - Telefon/WhatsApp bir kliklə açılır? - Forma çox uzundursa, adam bezir. Ad + telefon + mesaj bəs edir. - Qiymət yazmırsansa, heç olmasa “start qiymət” və ya paketləri göstər. 5) Etibar - Real işlər (portfolio) olmalıdır: şəkil + qısa izah + nəticə. - Rəy/şərh/partnyor loqoları etibarı artırır. - Ünvan və əlaqə məlumatı gizlənməsin. Nəticə: Bu siyahı ilə “problem var” deyib dayanmırsan, konkret harada problem olduğunu tapırsan. İstəsən, KeyTD olaraq 1 dəfəlik mini audit edib sənə 10 dəqiqəlik plan verə bilərik.

Ismayil Ismayilov

Content Author at KeyTD

Ismayil shares practical notes on software quality, delivery speed, and building reliable products.