DevOps və Deployment
Backup planı: “Sabah server çökdü” olanda nə edirsən?
DevOps və Deployment
09 fevral 2026
325 baxış

Backup yoxdursa, biznes risk altındadır. Sadə planla özünü qoru.
Backup elə şeydir ki, hamı “sonra edərəm” deyir.
Sonra da 1 gün data gedir, 1 ay stress.
Sadə backup plan:
1) Nəyi backup edirsən?
- Database
- media (şəkillər)
- config (.env, nginx config)
2) Nə qədər tez?
- kiçik biznes: gündə 1 dəfə
- aktiv sistem: gündə bir neçə dəfə
3) Harada saxlayırsan?
- eyni serverdə saxlayıb “backup var” demə
- ayrı storage: başqa server, drive, s3 və s.
4) Test
Backup alırsan, amma bərpa etməyi yoxlamamısansa, backup sayılmır.
KeyTD praktikası:
Deploy edəndə backup script + cron + xəbərdarlıq (uğursuz olsa) qururuq.
Ismayil shares practical notes on software quality, delivery speed, and building reliable products.
Oxşar yazılar

09 fev 2026

09 fev 2026
Təhlükəsizlik
Şirkət saytı üçün 15 təhlükəsizlik “mütləq” qaydası

09 fev 2026
Analitika və Tracking





