Website Audit və Performans

Cloudflare ilə 7 sürətli “pulsuz” optimizasiya

Website Audit və Performans
09 fevral 2026
282 baxış
Cloudflare ilə 7 sürətli “pulsuz” optimizasiya

Bir çox saytda sadəcə Cloudflare setting-ləri ilə sürət və təhlükəsizliyi xeyli artırmaq olur.

Cloudflare qurdun deyə hər şey avtomatik düzəlmir. Amma 7 sadə setting var ki, çox vaxt “free win” olur: 1) HTTPS hər yerdə Always Use HTTPS + düzgün redirect. 2) Cache Static faylları cache-lə. Xüsusən şəkil, css, js. 3) Brotli / compression Aktiv olsun ki, fayllar daha tez gəlsin. 4) Image optimization (əgər plan imkan verirsə) Şəkilləri avtomatik yüngülləşdirir. 5) WAF (ən azı basic rules) Bot və sadə hücumların qarşısını alır. 6) Rate limit (login və form-lar üçün) Admin paneli “şifrə sınama” hücumundan qoruyur. 7) DNS/Proxy düzgün quruluş Bəzi subdomain-lər proxydə olmalıdır, bəziləri yox (məsələn mail). Bu 7 addımı elə, sonra saytın real fərqi hiss olunur.

Ismayil Ismayilov

Content Author at KeyTD

Ismayil shares practical notes on software quality, delivery speed, and building reliable products.