Texniki SEO
AZ/EN/RU saytın varsa: Hreflang-ı səhv qoyma (yoxsa Google çaşır)
Texniki SEO
09 fevral 2026
251 baxış

Dil səhifələrini düzgün işarələməsən, Google yanlış dili göstərir və ranking düşür.
Çoxdilli sayt o demək deyil ki, 3 dili açdın, oldu.
Google-a deməlisən: bu səhifənin AZ versiyası budur, EN budur, RU budur.
Hreflang nə edir?
- Google-a “bu dili bu istifadəçiyə göstər” deyir.
- Əks halda Google RU səhifəni AZ axtarışında göstərə bilər.
Ən sadə qayda:
Hər dil səhifəsi digər dillərə link verməlidir.
Məsələn /az/xidmetler, /en/services, /ru/uslugi
Tipik səhvlər:
1) Hreflang var, amma URL səhvdir (404 və ya redirect).
2) AZ səhifəsi EN-i göstərir, EN səhifəsi AZ-ı göstərmir (qarşılıqlı olmalıdır).
3) Default (x-default) qoyulmayıb (hər zaman vacib deyil, amma çox vaxt yaxşıdır).
4) Canonical hreflang ilə dalaşır (canonical başqa URL göstərir).
Sonda:
Hreflang düz olanda:
- Google doğru dili göstərir
- Duplicate problem azalır
- Ranking stabil olur
KeyTD-də biz bunu texniki auditdə birinci yoxlayırıq, çünki düzələndə tez nəticə verir.
Oxşar yazılar

09 fev 2026

09 fev 2026
DevOps və Deployment
Backup planı: “Sabah server çökdü” olanda nə edirsən?

09 fev 2026
Təhlükəsizlik





