Next.js və Frontend
Next.js SEO: “Sayt var, niyə Google-da çıxmır?”
Next.js və Frontend
09 fevral 2026
291 baxış

Next.js-də SEO üçün 5 əsas şey var. Eləməsən, saytın gözəl olsa da Google görməyə bilər.
Next.js sayt düzəltdin, dizayn əladı, amma Google-da yoxsan?
Çox vaxt səbəb 5 şeydir:
1) Metadata düzgün deyil
Title, description, OG tag-lar boş qalıbsa, Google-a siqnal zəif gedir.
2) Sitemap yoxdur
Google “səhifələrin siyahısı haradadır?” deyir. Tapmayanda gec indexləyir.
3) Canonical səhvdir
Eyni məzmun 2 URL-dədirsə, Google hansını seçəcəyini bilmir.
4) SSR/SSG mövzusu
Bəzi səhifələr client-side qalırsa, crawler gec görür (indi Google JS-i də oxuyur, amma yenə gecikmə olur).
5) Noindex yanlışlıqla açılıb
Testdə qoyursan, prod-a da elə gedir — ən klassik səhv.
Nəticə:
Next.js SEO sadədir: sitemap + metadata + canonical + düzgün index.
KeyTD-də biz Next.js layihələrinə bunu standart qoyuruq ki, “sonradan düzəlt” olmasın.
Oxşar yazılar

09 fev 2026

09 fev 2026
DevOps və Deployment
Backup planı: “Sabah server çökdü” olanda nə edirsən?

09 fev 2026
Təhlükəsizlik





