Website Audit və Performans
Sayt niyə yavaşdır? 10 ən məşhur səbəb (sadə dildə)
Website Audit və Performans
09 fevral 2026
227 baxış

“Hosting pisdir” deməzdən əvvəl bu 10 şeyi yoxla — çox vaxt problem elə burdadır.
Adam deyir “saytım yavaşdır”. Əslində 10 problemdən biri olur:
1) Şəkillər böyükdür
Telefonla çəkilən şəkli sayta atırsan, 8MB olur. Sayt da ölür.
2) Video auto-play
Sayt açılanda video başlayırsa, yüklənmə uzanır.
3) Lazımsız plugin/script
Chat widget, 3 fərqli analytics, 2 fərqli pixel… hamısı yüklənir.
4) Server zəif və ya uzaq
Server başqa ölkədədir, ping yüksəkdir.
5) Cache yoxdur
Hər dəfə eyni şey sıfırdan yüklənir.
6) CSS/JS şişib
Bir səhifədə 1MB JS varsa, telefon onu çəkə bilmir.
7) Fontlar çoxdur
5 dənə font family yükləyirsən, üstəlik 4 weight… boş yerə.
8) Database sorğuları ağırdır
Admin panel və ya katalog yavaş açılırsa, query-lər optim deyil.
9) CDN yoxdur
Şəkil və statik fayllar CDN ilə gəlmirsə, gecikir.
10) Redirect zənciri
http → https → www → /en → … 4 dəfə redirect = vaxt.
Həll:
Birinci şəkil, script, cache işini düzəlt. 70% problem oradan çıxır.
İstəsən, biz KeyTD olaraq 1 günlük audit edib konkret “nəyi dəyiş” siyahısı veririk.
Oxşar yazılar

09 fev 2026

09 fev 2026
DevOps və Deployment
Backup planı: “Sabah server çökdü” olanda nə edirsən?

09 fev 2026
Təhlükəsizlik





