Website Audit və Performans
Website Audit: 50 maddəlik sadə yoxlama siyahısı
Website Audit və Performans
09 fevral 2026
201 baxış

Saytın niyə zəif işlədiyini tapmaq üçün ən sadə yol: bu siyahını bir-bir yoxla.
Bu yazını elə yazıram ki, “saytım işləmir” deyən adam da başa düşsün.
Məqsəd: 1 saatın içində saytın harası problem yaradır — bunu tapmaq.
1) Sürət (Speed)
- Sayt açılan kimi 2-3 saniyədən çox gözlədirsə, problem var.
- Telefonla yoxla. Çünki müştərinin yarısı telefondadır.
- Şəkillər böyükdürsə (5-10MB), sayt avtomatik yavaşıyır. Şəkli kiçilt, WebP/AVIF elə.
- Lazımsız animasiya və “ağır” slider-lər çoxdursa, yavaşladır.
2) Texniki SEO
- Sitemap var? Google-a yol göstərir.
- Robots.txt var? Google-u səhvən bloklamısan?
- Canonical düzgün deyil? Eyni səhifə 2 dənə kimi görünür, Google çaşır.
- Dil seçimi varsa, hreflang düzgün olmalıdır (AZ/EN/RU).
3) Kontent (mətn)
- Başlıq aydındır? 5 saniyədə nə iş gördüyün anlaşılır?
- “Biz keyfiyyətliyik” kimi boş söz yox. Nə edirsən? Kimə edirsən? Nə nəticə verirsən?
- Hər xidmətin ayrıca səhifəsi olsun (SEO üçün yaxşıdır).
4) Konversiya (satış gətirmə)
- Telefon/WhatsApp bir kliklə açılır?
- Forma çox uzundursa, adam bezir. Ad + telefon + mesaj bəs edir.
- Qiymət yazmırsansa, heç olmasa “start qiymət” və ya paketləri göstər.
5) Etibar
- Real işlər (portfolio) olmalıdır: şəkil + qısa izah + nəticə.
- Rəy/şərh/partnyor loqoları etibarı artırır.
- Ünvan və əlaqə məlumatı gizlənməsin.
Nəticə:
Bu siyahı ilə “problem var” deyib dayanmırsan, konkret harada problem olduğunu tapırsan.
İstəsən, KeyTD olaraq 1 dəfəlik mini audit edib sənə 10 dəqiqəlik plan verə bilərik.
Ismayil shares practical notes on software quality, delivery speed, and building reliable products.
Oxşar yazılar

09 fev 2026

09 fev 2026
DevOps və Deployment
Backup planı: “Sabah server çökdü” olanda nə edirsən?

09 fev 2026
Təhlükəsizlik





